“Sabah”da koronavirusa kütləvi yoluxma

“Sabah” klubunun 6 üzvü koronavirusa yoluxub.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, onlardan 5-i məşqçi, 1-i isə futbolçudur.

“Sabah”da Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin koronavirus testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.