“Sabah”da məşqçi dəyişikliyi

“Sabah” klubunun əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra “Sabah” Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.

Əvəzedici komandaya yeni təyin olunan hər üç mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandası 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.