“Sabah”da koronavirusa yoluxan futbolçuların adları bilindi

“Sabah” klubunda koronavirusa yoluxan futbolçuların adları məlum olub.

Komanda.az xəbər verir ki, bunlar müdafiəçilər Nikola Vuyadinoviç, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Ozan Can Kökcü, Coşqun Diniyev, Yevgeni Koçuk, hücumçular Xulio Sezar Rodriqes və Kevin Kubembadır.

Premyer Liqanın 12-ci turu çərçivəsində dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” matçı hər iki komandanın 7-dən çox üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.