“Sabah” müsabiqə elan etdi – 2000 manat mükafat!

“Sabah” klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müsabiqə 30 iyul 2019-cu il tarixinə kimi keçərlidir. Qalibə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

Təklif edilən maskot aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  • “Sabah” klubunun dəyərlərini əks etdirməlidir;
  • “Sabah” klubunun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdır;
  • Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdır;
  • Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə “elnur.hamidov@sabahfc.az” ünvanına “MASKOT” başlığı ilə göndərə bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button