“Sabah” klubu futbolçusu Abbas Ağazadə ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas 2019-cu ildən “Sabah”da çıxış edirdi.