“Sabah” Gürcüstanda ikinci oldu

“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib.

Komanda.az xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).

Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan təmsilçimiz qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.

“Sabah”ın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.

“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.

“Sabah”ın “Shota Cup 2022”-də keçirdiyi bütün oyunlar:

“Sabah” – “Tbilisi 35” 1:2
Qol:
Həsən Ramazanov.

“Sabah” – “Ekzos” 7:0
Qollar:
Həsən Ramazanov (2), Rasim Cavadov (2), Ülvi Əlizadə, Murad Məmmədzadə, Əli Hacıyev.

“Sabah” – “Rustavi” 5:0
Qollar:
Həsən Ramazanov (2), Ülvi Əlizadə (2), Murad Məmmədzadə.

“Sabah” – “Champions Tbilisi” 5:1
Qollar:
Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Həsən Ramazanov, Əli Hacıyev.

Golden League
“Sabah” – “Saburtalo” 0:0 (pen-2:4)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button