“Sabah” futbolçusu Ulisse Diallo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Malili hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Diallo 2019-cu ildən “Sabah”da çıxış edirdi. 28 yaşlı hücumçu bu mövsüm Azərbaycan Premyer Liqasında 1 oyuna çıxıb.
“Sabah” bundan əvvəl Abbas Ağazadə və Yevgeni Koçukla yollarını ayırmışdı. Yarımmüdafiəçi Ozan Can Kökçü isə Niderlandın “Telstar” klubuna icarəyə verilib.