Ozan Can Kökçü “Telstar”a keçməsinin səbəbini açıqladı

“Sabah” klubu futbolçusu Ozan Can Kökçünü Niderlandın “Telstar” klubuna icarəyə verib.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı “Sabah”ın mətbuat xidmətinə fikirlərini bildirib:

“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah”ı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram.

Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəm. Doğma klubuma uğurlar diləyirəm”.

Ozan mövsümün sonuna qədər “Telstar”da çıxış edəcək. Komanda Niderlandın 2-ci liqasında mübarizə aparır.