“Sabah” Danimarka klubu ilə razılığa gələ bilmədi

Danimarkanın “Veyle” klubunun Bəhlul Mustafazadə üçün “Sabah”a rəsmi təklif göndərdiyini xəbər vermişdik.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov da Komanda.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Klub rəsmisinin sözlərinə görə, Super Liqa təmsilçisi müdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək üçün rəsmi müraciət edib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.