“Sabah böyük oyun olacaq” – Giqqz

Uels milli komandasının baş məşqçisi Rayan Giqqzin AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir verir ki, uelsli mütəxəssis, konfransda jurnalistlərin suallarını cavablandırıb:

– Burda az müddət olmağıma baxmayaraq, yaxşı vaxt keçirəcəyimə inanıram. Sabah böyük oyun olacaq. Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki oyunumuzda da qələbə qazanaq. Asan olmayacaq. Oyunçuların həyəcanlı olmasına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq.

– Aron Remzi və Qaret Beyl sabahkı oyunda heyətdə olacaqmı?

– Beyl bu yaxınlarda zədələnmişdi. Vəziyyəti hazırda yaxşıdır.

– Ceyms Lourensin vəziyyətdi necədir?

– Zədə almasına baxmayaraq, vəziyyəti yaxşıdır. Mühüm qərarlar verəcəyik.

– Qaret Beyl və Daniel Ceymsin sarı vərəqə limiti var. Sabah onların heyətdə olması nə dərəcə düzgündür?

– Oyunda nizam-intizam qaydaları olduqca mühümdür.

– Vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynamısız. İndi də baş məşqçi kimi gəlmisiz bura. Düşüncələriniz nədir?

– Azərbaycan millisinə qarşı oynamışam. Çox dəyişiklik olmayıb. Baş məşqçi kimi burda olmaq çətindir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button