“Sabah” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

“Sabah” klubu baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

“Sabah” mövsümü turnir cədvəlinin 6-cı pilləsində tamamlayıb.