“Sabah” 1-ci divizion klubunu darmadağın etdi

“Sabah” klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv 1-ci divizion təmsilçisi MOİK-lə qarşılaşıb. Elita təmsilçisi bu oyunda 5 cavabsız qolla üstün olub.

Yoxlama oyunu

12 avqust

Sabah – MOİK 5:0
Qol
: Cavid İmamverdiyev, 12; 17. Amadu Diallo, 23. Ulisse Diallo, 40. Endi Faustin, 77.