“Səviyyəmizi yaxşılaşdırmaq istəyirik” – Benzema

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, yeni mövsümdə azarkeşlərin inamına ehtiyaclarının olduğunu deyib:

“Mövsümöncəsi hazırlıq mərhələsi yeni mövsümdə La Liqada yaxşı səviyyəyə çatmağa kömək edir. Taktiki və fiziki hazırlıq üzərində çox çalışırıq. Səviyyəmizi yaxşılaşdırmaq istəyirik. Qalib gəlmək hər zaman çətindir. “Atletiko” ilə oyundan sonra edilən tənqidlər normaldır, amma bu, artıq keçmişdədir. Biz öz işimizi davam etdirməliyik. Azarkeşlərin bizə inanmasını istəyirəm, bizim buna ehtiyacımız var. Keçən il artıq geridə qaldı. Daha yaxşı bir il keçirəcəyimizi düşünürəm. İstədiyimiz səviyyəyə çatmaq üçün çox çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button