Sərbəst güləşçilər Türkiyədən 10 medalla qayıdır

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verir ki, “12 fevral” adlanan yarışda Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər mübarizə aparıb.

Milli komandanın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Kahramanmaraşda xalçaya çıxan 14 güləşçidən 10-u fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal əldə edib. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal əldə edən yığmamız komanda hesabında 2-ci yeri tutub.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button