Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

“Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda “Boluspor”a 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov görüşdən sonra həm oyun, həm də toplanış barədə fikirlərini klub saytına açıqlayıb:

“Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdü, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.

Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək 2-co təsnifat mərhələsinin ilk oyununa hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button