Sənan Qurbanov: “Titul qazanmaq istəyirik”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Komanda.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Çempionatın son oyunu idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi. Lakin alınmadı. Zədədən əziyyət çəkən oyunçularımıza istirahət verdik. Bu gün gənc futbolçular istəkli idilər. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button