Sənan Qurbanov: “Qarabağ”a qarşı oyunumuzdan razı qalmadım”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik.

Qol imkanları yarada bilmədiyimiz üçün məyus oldum. Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. “Qarabağ” hər zonada pressinq edirdi.

Komandanın gələcək planları barədə rəhbərliklə danışmamışıq. Sadəcə, klub “Şamaxı” adlanacaq və bu şəhəri təmsil edəcəyik.

Turnir cədvəlində sonuncu yeri tutmaq istəmirik. Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və birinci diviziona getməsən belə, bu, heç kimə xoş deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button