Şəhidlərin xatirəsinə həsr edilən veloyürüş keçirildi

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib.

Azərbaycan Velosiped Federasiyasından Komanda.az-a verilən məlumata görə, 27 sentyabr – Anım Günü ilə bağlı təşkil edilən veloyürüşə 30-dan çox qazi, qurumun nümayəndələri və milli komandanın üzvləri qatılıb.

Öncə yürüş iştirakçıları İkinci Fəxri xiyabanı ziyarət ediblər. 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Qazilər Hərbi Qənimətlər Parkını gəzib, Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlara bir daha baxıb,Vətən müharibəsində Azərbaycan hərbçilərinin qəhrəmanlığından, keçdikləri döyüş yolundan danışıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button