Şəhanə Nəzərova üçün AÇ-də təsəlliverici görüş

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 3-cü günündə qadınlar mübarizəyə qoşulub.

Ölkəmiz adından bu gün xalça üzərinə yalnız Şəhanə Nəzərova çıxıb. Gənclər arasında debüt edən güləşçimiz ilk görüşdə parlaq qələbə qazanıb. Nəzərova 1/8 finalda bolqar həmkarını vaxtından əvvəl məğlub edib. Ancaq Şəhanə 1/4 finalda Rusiya təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz iyunun 6-da təsəlliverici görüşə çıxacaq.

50 kq
1/8 final – Şəhanə Nəzərova – Petya Zarkova Delçeva (BUL) 11:0
1/4 final – Şəhanə Nəzərova – Darya Xvostova (RUS) 0:10
Təsəlliverici görüş – Şəhanə Nəzərova – Taro Marketta Vainionpaeae (FİN)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button