Səfər oyununa yollanan azarkeşlər qəzaya düşdü, 2 nəfər yaralandı

TFF 1-ci liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Ərzurumspor”la oyunu izləmək üçün səfərə yollanan “Bursaspor” azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Aşkale bölgəsində baş verib. Azarkeşləri daşıyan avtobus yolların buz olması səbəbiylə sürücünün nəzarətindən çıxaraq, aşıb. Qəza nəticəsində iki azarkeş yüngün xəsarət alıb. “Bursaspor” klubu sosial şəbəkə hesablarından məsələylə bağlı paylaşım edərək, hadisədən təəssüfləndiklərini bildirib.

“Ərzurumspor” – “Bursaspor” oyunu bu gün, saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button