“Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Uqanda millisinin və Xorvatiyanın “Qoritsa” klubunun hücumameylli yarımmüdafiəçisi Faruk Miyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Miya yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Uqanda yığmasında 50-dən çox oyun keçirmiş Faruk, ölkəsinin “Vipers” klubunun yetirməsidi. O, Belçikada “Standard” və “Muskron” klublarında legioner həyatı yaşayıb. 2018-ci ildə isə Miya bir dövrəlik “Səbail”də də icarədə oynayıb. O, bu komandada 13 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button