“Səbail”in ilk yoxlama oyununun başlama vaxtı bilindi

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” klubu sabah yoxlama oyunu keçirəcək.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq. Plovdiv təmsilçisi ilə matç saat 16:00-da start götürəcək.

“Səbail” Avroliqanın ilk təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button