“Səbail”dən növbəti transfer

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Elgün Nəbiyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, Nəbiyev son olaraq “Sabah”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi sözügedən komanda ilə bu yay yollarını ayırıb. Elgün 2018-ci ildən “Sabah”ın şərəfini qoruyurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button