“Səbail”dən inamlı qələbə

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” bu gün növbəti yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan oyunda qapılara dörd qol vurulub. “Dənizçilər” qarşılaşmanı 3:1 hesablı qələbə ilə başa vurublar. “Səbail”in qollarını Cavid Tağıyev (19-cu dəqiqə), Ruslan Hacıyev (28) və Camal Araqo (58) vurub.

“Səbail” bundan əvvəl daha iki yoxlama oyununda qüvvəsini sınamışdı. “Qarabağ”ın əvəzediciləri ilə heç-heçə (0:0) oynayan “dənizçilər”, “Keşlə”yə məğlub olmuşdular – 0:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button