“Səbail”dən Albaniya klubuna – FOTO

“Səbail”in geridə qalan mövsüm bitəndən sonra yollarını ayırdığı makedoniyalı futbolçu Tome Kitanovski karyerasını Albaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi yüksək liqada çıxış edən “Kukesi” ilə müqavilə imzalayıb.

Sözügedən klubun yaydığı məlumata görə, Kitanovskiylə 1+1 il şərtilə müqavilə imzalanıb.

Tomenin təqdimatını “Kukesi”nin idman direktoru, Tomenin həmyerlisi, “Qarabağ”ın sabiq legioneri Nderip Nedzipi edib.

Xatırladaq ki, Kitanovski ötən mövsüm “Səbail”də 23 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button