“Səbail”də növbəti legioner – RƏSMİ

“Səbail” heyətinə daha bir legioner futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Fil Dişi Sahilindən olan hücumçu Qoba Zakpanı transfer edib.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Zakpa karyerası ərzində “Rio Ave”, “Qondomar”, “Epinal”, “Valensiyano”, “Santa Mariya”, “Jil Visente”, “Felqueyras”, “Lusitaniya” və “Etnikos” (Axna) kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button