“Səbail” – “Zirə”: 14-cü duel

Azərbaycan Premyer Liqasında bu həftə 21-ci turun görüşləri ilə 3-cü dövrəyə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, “Zirə” dövrənin son matçını “Səbail”ə qarşı keçirəcək. “Qartallar”ın səfər qarşılaşması iki komanda arasında 14-cü duel olacaq.

Premyer Liqa çərçivəsində keçirilən əvvəlki 13 oyunda 7 qələbə qazanan “Zirə” 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısından 17 top keçirən komanda 8 qol buraxıb. “Qartallar” səfər matçlarında da üstünlüyə malikdir. “Zirə” rəqib meydanındakı 7 matçdan beşində qalib gəlibsə, iki dəfə səfərdən xalsız dönüb. Bu görüşlərdə 9 dəfə fərqlənən futbolçular 3 top buraxıblar.

“Səbail” – “Zirə” matçı aprelin 3-də keçiriləcək. “ASCO Arena”da təşkil olunacaq oyun saat 17:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button