“Səbail” – “Universitatya Krayova”: Hakimlər açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatya Krayova” (Rumıniya)  oyununa hakim təyinatları açıqlanıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ville Nevalaynen olacaq. Ona Mikko Alakare və Mika Lamppu kömək edəcək. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcək.

“ASCO Arena”da keçiriləcək oyun iyunun 11-də, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button