Musa klubsuz qaldı

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” futbolçusu Əhməd Musa ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada, Musa ilə yolların ayrıldığı bildirilib və futbolçuya xidmətlərinə görə təşəkkür edilib.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində bu ölkənin “Kalo Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester” klublarında çıxış edib. 28 yaşlı hücumçu 2018-ci ilin yayında 16,5 milyon avro qarşılığında “Əl Nəsr”ə keçmişdi.