“Şərtlər hər iki komanda üçün bərabərdir”

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kiprin Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris açıqlama verib.

Komanda.az xəbər verir ki, federasiya rəsmisi, millinin Azərbaycanla oyununun neytral meydanda keçirməsinə də toxunub:

“Azərbaycanla Albaniyada oynayacağıq. Düşünürəm ki, hazırda oyunun harda keçirilməsinin heç bir fərqi yoxdur. Şərtlər hər iki komanda üçün bərabərdir. Məqsədimiz yalnız bu oyunlar yox, bütün qarşılaşmalar üçün eynidir – çox xal və qələbə qazanmaq istəyirik. İki oyunda qələbə qazana bilməsək, bu, bizi məyus etməyəcək”.

Azərbaycan – Kipr oyunu oktyabrın 13-də, Albaniyada keçiriləcək.