“Sərhədçi” məğlubiyyətlə başladı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub.

Komanda.az xəbər verir ki, günün yeganə oyununda “Exspress” “Sərhədçi”ni sınağa çəkib.

“Murov” klubunun idman zalında 2-ci tur çərçivəsində baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb.

İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.

Yanvarın 27-də isə 2-ci turun digər qarşılaşmasında MOİK “Murov”u (saat 16:00) sınağa çəkəcək. Bu tur “Neftçi” istirahət edəcək.

Xatırladaq ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.

Yüksək Liqa, 2-ci tur

26 yanvar

Exspress – Sərhədçi 3:0 (25:21, 27:25, 25:23)