Sənan Qurbanov: “İstefa vermək mənim üçün problem deyil”

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Bütün məğlubiyyətlərin günahı məndədir. Bizim üçün bu hal ağırdır. Çalışacağıq ki, bu vəziyyətdən birlikdə çıxaq.
  • “Qarabağ”ın futbolçuları son 10-15 dəqiqə ərzində “Qəbələ”nin futbolçuları ilə sanki “oynayırdılar”. Həmin anda düşünmədiz ki, kaş futbolçu olub, meydanda siz oynayardız?
  • Əlbəttə, belə düşüncələr olur. Dediyim kimi, bu hal bizim üçün çox ağırdır.
  • Komandada qalmaqla nəyə ümid edirsiz?
  • Rəhbərlik klubun xeyri üçün getməyimi istəsə, gedəcəm. Mənim üçün bu, problem deyil. Özbaşına getməyim doğru deyil. Rəhbərlik istəsə, əlbəttə, komandanın xeyri üçün gedəcəm.
  • Matça baxıb, analiz edəcəksiz. Maraqlıdır, futbolçulara nələri deyəcəksiz?
  • Bu məqamda hansısa futbolçuya deyəcək söz yoxdur. Çalışacağıq ki, ümumi danışıb, vəziyyəti dəyərləndirək.

Aygül Qarayeva