“Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var” – “Səbail”in yeni transferi

“Səbail”in yeni transferi Florian Kadriu klubun saytına müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
  • İlk öncə, mənə inandığınıza görə təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
  • “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
  • Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
  • Öz oyun tərzini necə təsvir edə bilərsən?
  • Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
  • Yaxınların səni necə çağırır?
  • Yaxınlarım məni Landi çağırır.
  • Mövsümə 21.08.2020-ci il tarixində start verilir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
  • İnanıram ki, mövsümə qələbələrlə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
  • “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
  • Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunumla sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəm.