“Səbail” Küveyt klubu ilə heç-heçəyə razılaşdı

Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” klubu bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Küveytin “Əl Salmiyə” klubu ilə qarşılaşıb. Bakı Olimpiya stadionunun köməkçi meydançasında keçirilən görüş heç-heçə yekunlaşıb.

“Səbail” bir neçə gün əvvəl də “Əl Salmiyə” ilə qarşılaşmış və 2:1 hesablı qələbə qazanmışdı.

Yoxlama oyunu

9 avqust

Səbail – Əl Salmiyə (Küveyt) 1:1
Qol
: Fəhmin Muradbəyli, 30.