“Karabükspor” mənə müəyyən məbləğ ödəməyə borcludur” – “Səbail”in qapıçısı

“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 32 yaşlı qapıçı, Türkiyənin “Karabükspor” klubunun ona olan borcundan danışıb:

“Məhkəmə artıq bitib, mənim lehimə qərar çıxarılıb. “Karabükspor” mənə müəyyən məbləğ ödəməyə borcludur. Ödəyib-ödəməyəcəklərini bilmirəm. Klub hələ ki, mövcuddur. Amma iflasa doğru gedir. Buna görə də, ödəniş üçün ümidim azdır”.

Aleksandr Rıbka 2017/2018 mövsümündə “Karabükspor”un formasını geyinib. Hazırda Türkiyənin 2-ci Liqasının “qırmızı qrup”unda mübarizə aparan “Karabükspor” maliyyə problemləri səbəbindən dağıla bilər.