“Səbail”in legioneri ukraynalıların “radar”ında

“Səbail”in futbolçusu Aleksandr Rıbka karyerasını Ukraynada davam etdirə bilər.

Komanda.az “dynamomania.com” saytına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı ilə “Olimpik” klubu yaxından maraqlanır. Donetsk təmsilçisi Rıbkanı transfer etmək niyyətindədir.

Ukrayna mətbuatına açıqlama verən Rıbka, “Olimpik”ə transfer olunacağıyla bağlı xəbərləri nə qəbul edib, nə də təkzib.

2019-cu ilin yanvarından “Səbail”də forma geyinən Rıbka, daha əvvəl Ukraynada Donetsk “Şaxtyor”u və Kiyev “Dinamo”sunun formasını geyinib.