“Səbail”dən “Torpedo”ya

Ötən mövsüm bitdikdən sonra “Səbail”dən ayrılan Tamas Tsetsxaladzenin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, gürcü müdafiəçi karyerasını ölkəsinin “Terpedo” (Kutaisi) klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı oyunçunun yeni klubu Avropa Liqasının birinci təsnifat mərhələsində “Ordabası” (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Tsetsxaladze zədə səbəbindən ötən mövsüm heç bir rəsmi matçda oynamayıb.