“Səbail”dən kapitanla yeni müqavilə

“Səbail” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, kapitan Rahid Əmirquliyevlə 1 illik sözləşmə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Rahid Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Onun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatırdı.