“Səbail”dən “Sabah”a – rəsmi

“Səbail”dən ayrılan Ramin Həsənovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, Həsənov artıq “Sabah” klubunda çalışacaq. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ramin Həsənov “Sabah”ın baş icraçı direktoru vəzifəsinə təyin edilib.