Afrikanın ən zəngin futbolçuları – “Səbail”in sabiq üzvü “10-luq”da

Afrikanın ən varlı futbolçularının siyahısı açıqlanıb.

Komanda.az “Soccerladuma” portalına istinadən xəbər verir ki, “Səbail”dən ayrılan Maykl Essyen ən varlı futbolçuların siyahısında ilk 10-luğa düşməyib bacarıb. Yarımmüdafiəçi 32 milyon dollarlıq sərvətiylə 9-cu sıradadır.

Afrika futbol tarixinin ən zəngin futbolçusu keçmiş hücumçu Samuel Etodur. Sabiq “Barselona”lının sərvəti 140 milyon dollardır. İkinci sıranın sahibi isə Fil Dişi Sahili millisinin keçmiş üzvü Didye Droqbadır. Sabiq forvardın sərvəti 98 milyon dollardır.

Üçlüyü Yaya Ture tamamlayır. Futbolçu karyerasını davam etdirən yarımmüdafiəçinin sərvəti 80 milyon dollardır.

Essyen ötən ilin martından “Səbail”in formasını geyinirdi. 37 yaşlı qanalı yarımmüdafiəçi bu müddət ərzində “Səbail”də 15 oyuna çıxıb, 616 dəqiqə meydanda olub.

İlk 10-luq

  1. Samuel Eto – 140 milyon dollar
  2. Didye Droqba – 98
  3. Yaya Ture – 80
  4. Emmanuel Adebayor – 50
  5. Məhəmməd Salah – 48
  6. Con Obi Mikel – 43
  7. Sadio Mane – 38
  8. Pyer-Emerik Obameyanq – 35
  9. Maykl Essyen – 32
  10. Asamoah Qyan – 30