“Səbail”də yeni futbolçu – Rəsmi

“Səbail” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Eriko Konstantino da Silvanı transfer edib. Bu barədə klubun rəsmi “facebook” hesabı məlumat yayıb. Braziliyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Silva son olaraq Rumıniyanın “Astra” klubunda forma geyinib.