“Səbail”də növbəti ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu ukraynalı müdafiəçisi İqor Korotetskiylə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Korotetski klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Futbolçuya azad agent statusu verilib. “Səbail” Korotetskiyə klub kollektivi adından təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ilin yayında azad agent kimi “Səbail”ə transfer olunmuşdu.