“Səbail” “Sumqayıt”a darmadağınla qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Səbail” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la qarşılaşıb. Bu gün “ASCO Arena”da keçirlən görüşdə “dənizçilər” darmadağına seviniblər.

“Səbail” Premyer Liqada 8-ci, “Sumqayıt” isə 3-cü sıradadır.

Yoxlama oyunu

4 oktyabr

Səbail – Sumqayıt 3:0
Qol
: Əfran İsmayılov, 21. Bahadur Həziyev, 50. Amil Yunanov, 89-pen.