“Səbail” rəhbərliyində ayrılıq – Rəsmi

“Səbail” klubunun icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun icraçı direktoru vəzifəsini müvəqqəti olaraq baş menecer Fərəc Əliyev icra edəcək.