Rəsmi: “Səbail” onunla yollarını ayırdı

“Səbail” klubu futbolçusu Daniel Bojinovski ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. Bojinovskinin klubla müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Bu yay “Səbail”ə transfer olunan makedoniyalı qapıçıya azad agent statusu verilib.