“Səbail”in yeni transferi zədələndi – 3-5 ay olmayacaq

“Səbail” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin futbolçusu Eriko Da Silva zədələnib. Bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb.

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Zirə”yə qarşı oyunda (1:0) zədələnən braziliyalı yarımmüdafiəçi 3 aydan 5 ayadək yaşıl meydanlardan uzaq qalacaq.

“Səbail” Eriko da Silvanı bu yay transfer edib.