“Səbail” daha bir futbolçusu ilə vidalaşdı

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, gənc müdafiəçi İbrahim Aslanlının müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçu ilə yollarının ayrılması barədə qərar qəbul edilib.

“Səbail” PFK İbrahimə gələcək karyerasında uğurlar arzu edib. Paytaxt klubu daha öncə Nikolas Raysel, Domantas Şimkus və Elxan Əhmədovla da yollarını ayırmışdı.