“Səbail” Aftandil Hacıyevin müqaviləsinin şərtlərini dəyişdirdi

Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək “Səbail” Bakıdakı hazırlığını davam etdirir.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, futbolçu transferləri və mövcud müqavilələrin yenilənməsi ilə yanaşı, “Səbail”in məşqçilər korpusunun işi də rəhbərlik tərəfindən müzakirə edilərək, müvafiq qərarlar verilib.

Hazırda baş məşqçi Aftandil Hacıyevin köməkçisi kimi məşqçilər korpusunda fəaliyyət göstərən mütəxəssislərlə yeni mövsümdə də çalışmaq barədə qərar qəbul edilib.

Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb, Aftandil Hacıyevin isə müqaviləsinin şərtləri dəyişdirilib.