Rüstəm Orucov: “İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm”

Azərbaycanlı cüdoçu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə açıqlama verib.

Komanda.az xəbər verir ki, Orucov, bütün gücünü 1/4 finalda yaponiyalı olimpiya çempionu Şohei Ono ilə görüşdə itirdiyini deyib:

“Medalsız qaldım. Medal qazanmağı hamıdan çox mən istəyirdim. Püşk yaxşı gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Ono ilə qarşılaşmadan sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum. Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm.

Hələlik özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Burdan mənə dəstək olanların hamısına “çox sağ olun” demək istəyirəm”.

Rüstəm Orucov Tokio-2020-də üçüncü yer uğrunda görüşdə cənubi koreyalı dünya çempionu An Çanqrimə uduzub.