“Fənərbaxça”nın istədiyi yar idi, yetirdi…

Rusiyanın “Zenit” klubu futbolçusu Sebastyan Driussi ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Zenit” klubla müqaviləsi bitən argentinalı vingerlə yeni sözləşmə imzalamayıb.

Driussinin adı Türkiyənin “Fənərbaxça” klubu ilə hallanır.

25 yaşlı futbolçu “Zenit”də 138 oyunda 24 qol vurub və 22 məhsuldar ötürmə edib.